Azərbaycanın Qarabağ ərazisində yaradılmış və geniş yayılmış dağ-minik at cinsidir. XVII-XVIII əsrlərdə Qarabağ xanlığında bu at cinsi daha da təkmilləşdirilmişdir. Qarabağ atları Asiya və Qafqazda ən qədim at cinsi hesb edilir. Hazırda Azərbaycan Respublikasında milli at cinsidir.
Qarabağ atının əsas yayıldığı məkan Azərbaycanın Qarabağ zonası olmuşdur. Ən yaxşı atlar Xankəndi, Şuşa, Ağdam və bu rayonlara yaxın ərazilərdə yayılmışdır. Bu cinsdən olan atlar Şimali Qafqaza, Dona və Rusiyanın cənubunda yerləşən bir çox at zavodlarına da aparılmışdır.
Hazırda "Ərəb", "Don", "Budyonnı" kimi məşhur at cinsləri arasında Qarabağ atları da xüsusi yer tutur. Qarabağ atının adi yerişi saatda 8 kilometrdən çoxdur.Eksteryer etibarilə Qarabağ atı tipik dağ minik atıdır. Bu atların əsas yeriş forması çaparaq yerişdir, yerişi geniş və cəld, bütün hərəkətləri çevikdir. Qarabağ atı hündür, çevik, hərəkəti səlis, bədən quruluşu möhkəmdir. Minik atıdır. Alın və burun sümükləri yaxşı inkişaf edib, gözləri qabarıqdır. Boynu orta uzunluqda, hətta bir qədər də gödək və hündür duruşludur.
Qarabağ atı daha dözümlüdür və yemə qarşı tələbkar deyil. Qarabağ atlarını Qafqazda mövcud olan digər cinslərlə calaq edərmişlər. Qarabağ cinsli atlar orta boyu, əzələli, yorğa atdır. Başları balaca, profilləri düzdür. Arxası və beli düz, döşü və ümumiyyətlə, gövdəsi enli, ayaqları quru, temperamentli, oynaqdırlar. Dərisi nazik, tükləri yumşaq və parıltılıdır.
İngiltərədə dizaynerlər tərəfindən hazırlanan Ağdamın "Qarabağ" futbol klubunun loqotipində "Qarabağ"ın simvolu olan Qarabağ atları təsvir olunub.
Qarabağ atının əsas yayıldığı məkan Azərbaycanın Qarabağ zonası olmuşdur. Ən yaxşı atlar Xankəndi, Şuşa, Ağdam və bu rayonlara yaxın ərazilərdə yayılmışdır. Bu cinsdən olan atlar Şimali Qafqaza, Dona və Rusiyanın cənubunda yerləşən bir çox at zavodlarına da aparılmışdır.
Hazırda "Ərəb", "Don", "Budyonnı" kimi məşhur at cinsləri arasında Qarabağ atları da xüsusi yer tutur. Qarabağ atının adi yerişi saatda 8 kilometrdən çoxdur.Eksteryer etibarilə Qarabağ atı tipik dağ minik atıdır. Bu atların əsas yeriş forması çaparaq yerişdir, yerişi geniş və cəld, bütün hərəkətləri çevikdir. Qarabağ atı hündür, çevik, hərəkəti səlis, bədən quruluşu möhkəmdir. Minik atıdır. Alın və burun sümükləri yaxşı inkişaf edib, gözləri qabarıqdır. Boynu orta uzunluqda, hətta bir qədər də gödək və hündür duruşludur.
Qarabağ atı daha dözümlüdür və yemə qarşı tələbkar deyil. Qarabağ atlarını Qafqazda mövcud olan digər cinslərlə calaq edərmişlər. Qarabağ cinsli atlar orta boyu, əzələli, yorğa atdır. Başları balaca, profilləri düzdür. Arxası və beli düz, döşü və ümumiyyətlə, gövdəsi enli, ayaqları quru, temperamentli, oynaqdırlar. Dərisi nazik, tükləri yumşaq və parıltılıdır.
İngiltərədə dizaynerlər tərəfindən hazırlanan Ağdamın "Qarabağ" futbol klubunun loqotipində "Qarabağ"ın simvolu olan Qarabağ atları təsvir olunub.
Qarabağ atını başqalarından fərqləndirən əsas cəhət limona çalan, sarı-qızılı, yaxud parlaq narıncı rəngidir. Yalnız Qarabağ atlarına məxsus olan bu orijinal çalardan kürən, qızılı kəhər, qızılı qonur rəngli atlar da yaranıbmış. Xarakterik nişanlarının biri ayaqlarını müxtəlif dərəcədə səkil (ağlıq), alnının təpəl (qaşqa) olmasıdır. Bu nişanlar xüsusən "Ceyran" tipində daha çox təsadüf edilir. Qarabağ atlarının köhnə tipləri "Maymun" (Xoşbəxt), "Qarnıyırtıq" və "Əlyetməz" (Ceyran) adlı ayğırlar nəsli olub.
"Ceyran" tipinin boz rəngli qisminə "Gülgün" deyərmişlər. XIX əsrini ikinci yarısında Qarabağ atının Axaltəkə atı ilə qarışığıdan "Təkə-Ceyran atı" yetişdirilib. Bu atlar hündürboy və yüksək sürətə malik olub.
Qarabağ atını digər atlardan fərqləndirən əsas əlamətlər onun parıldayan narıncı rəngdə olmasıdır. Yalı və quyruq tüklərinin ucları qızarmış, tünd-şabalıdı rəngdə olur. Sarı-qızılı, qızılı-qonur rənglər əsasən Qarabağ atlarına məxsusdur. Çox az hallarda kəhər, boz və çal rənglərə də təsadüf olunur. Qarabağ atının xarakterik nişanları – ayaqlarında müxtəlif dərəcədə səkil (ağlıq), alnının isə təpəl olmasıdır
"Sərdar", "Sultan", "Şah", "Ağalar", "Divar", "Meymun" və sair ayğırlardan keçmişdə "Atlı qvardiya alayının nümunəvi zabit atı" kimi istifadə edilməsi, bu atların yüksək iş qabiliyyətini bir daha sübut edir.
Eramızdan əvvəl I minilliyə aid Manna dövlətinin mövcud olduğu dövrlərə aid mənbələrdə atlardan artıq geniş istifadə edildiyi, o cümlədən onlardan qoşqu vasitəsi kimi istifadə edildiyi göstərilir. Manna dövlətinin süqutundan sonra təşəkkül tapmış qədim Azərbaycan dövlətləri – Midiya, Adərbayqan (Atropatena) və Albaniyada da atçılıq geniş yayılmışdı. Midiyada atçılıq daha yaşı inkişaf etmişdi. Tarixçi Heradot yazır ki, (e.ə. IV əsrə aid) Midiyada Nesey adlanan geniş ərazidə (Xəzərin cənub-qərbində yerləşən Nesey düzənliyinin adı ilə) daha iri, güclü və yaraşıqlı atlar yetişdirilmişdir.
Qarabağ atı
Bir çox tədqiqatlardan, tarixi ədəbiyyatlardan, müxtəlif mənbələrdən, habelə, aparılan araşdırmalardan belə qənaətə gəlmək olar ki, Qarabağ atları öz mənbəyini ən qədim zamanlarda Azərbaycanda mövcud olmuş atlardan, əsas etibarı ilə, Nesey atlarından götürmüşdür. Tarixi təkamül nəticəsində Nesey atlarından əsas iki qol ayrılmış və inkişaf etmişdir ki, onlardan biri Türkmən xalqının yetişdirdiyi Axaltəkə atları, digəri isə Azərbaycan xalqına məxsus olan Qarabağ atları olmuşdur. Bir çox sovet tədqiqatçıları Qarabağ atının tarixini öz səthi mülahizələri ilə soy kökündən uzaqlaşdırmağa cəhd göstərmişlər. Məsələn, professor İ.İ.Kaluqin Qarabağ atının mənşəyini Ərəb atı hesab etməklə ona Axaltəkə və İran atlarının təsir göstərdiyini qeyd edir. Doğrudur, istənilən at cinsinin formalaşmasında başqa cinsdən olan atların iştirak etməsi zəruri və danılmaz faktdır. Tarixdən Azərbaycana ərəblərin, farsların, monqolların intervensiyaları məlumdur və bu intervensiyalar, basqınlar hamısı süvari qoşunları vasitəsi ilə həyata keçirilib
İstər qədim dövrdlərdə və orta əsrlərdə, istərsə XIX və XX əsrlərdə Azərbaycanın yerli Qarabağ və Dilbaz atlarının təkmilləşdirilməsində xüsusilə, Ərəb atlarından geniş istifadə edilib. Lakin o zaman Azərbaycan atları keyfiyyətcə üstün olduqlarına görə onların gəlmə atlara təsiri daha çox olmuşdur. Yerli atlar miqdarca çox və keyfiyyətcə yaxşılaşdırıcı cəhətlərə malik olduqları üçün və yerli şəraitə daha yaxşı uyğunlaşdıqlarına görə gəlmə atlar tədricən assimilyasiyaya məruz qalmışlar. Əks halda, Azərbaycanda yerli cinslərin mövcudluğu belə mümkün olmazdı.
Bəzi ərəb mənbələrində VIII əsrdə Azərbaycanda artıq islam dininin bərqərar olduğu dövrdə burada qızılı Qarabağ atlarının geniş yayıldığı və ərəb istilaçıları tərəfindən Azərbaycandan 60 min qızılı rəngli atın qəsb edilib Ərəbistana aparılması qeyd olunur.
İ.İ.Kaluqin monqol atlarının da Qarabağ cinsinə təsirini xüsusi vurğulayır. Lakin əksər tədqiqatçıların, akademiklər Z.Bünyadov, İ.Əliyev, professor R.Səttarzadə və başqalarının əsərlərində Azərbaycan atlarının, o cümlədən Qarabağ atının özünə məxsus sərbəst inkişaf yolu keçdiyini, onun qədim bir cins olduğunu görmək olar.
Ən qədim dövrlərə aid əvvəlki arxeoloji qazıntılarda azı iki at tipinin olması, qədim sənət əsərlərində, miniatürlərdə müxtəlif at tiplərinin, o cümlədən Qarabağ atlarının təsviri, hələ Ərəb atlarının cins kimi formalaşmadığı dövrlərdə Azərbaycandan ərəb ölkələrinə minlərlə atların aparılması və həmin ölkələrdə onlardan yaxşılaşdırıcı kimi istifadə edilməsi və s. faktlar sübut edir ki, Qarabağ atı qədim dövrlərdən Azərbaycanda mövcud olmuş yerli atların əsasında uzun təkamül yolu nəticəsində formalaşmış, xalqın əsrlər boyu apardığı yaradıcı xalq seleksiyası sayəsində yaranmış at cinsidir.
Tarixi faktlar
Qarabağ atı qədim Azərbaycan atlarının bir cinsidir. Hələ məxəzlərdə Ərəb atı haqqında heç bir məlumat olmadığı qədim dövrdə Azərbaycan atları, o cümlədən də Qarabağ atı tanınmış, şöhrət qazanmış və bir çox Şərq ölkələrində geniş yayılaraq, ən qiymətli atlardan sayılmışdır
Araşdırıcılar güman edirlər ki, Qarabağ atları Manna, Midiya, Atropatena və Albaniya atlarının nəsillərindəndir. Qarabağ atları əsrlər boyu Roma, Sasani, Ərəb, Səlcuq, Monqol, İran və s. atlar ilə qarşılıqlı təsir nəticəsində müəyyən dəyişikliyə uğrasa da, öz əsli-kökünü saxlaya bilmişdir. XVIII-XIX əsrlərdə Qarabağ atlarının cinsi xeyli yaxşılaşdırılmışdır. Qarabağ atları Türkiyə, İran, Gürcüstan, Şimali Qafqaz, Rusiya, Qazaxıstan, və eləcə də, Qərbi Avropa atçılığa böyük təsir göstərmişdir.
III, XVI əsrlər fars, VII-XI əsrlərdə ərəb, XIII əsrdə monqol istilalarından sonra Qarabağ atları gəlmə cinslərlə qarışdırılıb. Bu cins atlar haqqında ilk dəfə avropalı alim Keristinq yazıb. O, 1822-ci ildə İrana gedərkən Gürcüstanda Qarabağ və Xivə atlarını görüb. O güman edir ki, Qarabağ atları yerli cins madyanların ərəb atlarıyla cütləşməsindən törəyib. Alim bu qənaətdədir ki, bu atların tarixi İrana gedib çıxır. Nadir şah öləndən sonra (1747) onun ərəb cinsli at ilxısını ələ keçirən Pənahəli xan Qarabağa üz tutub. Başqa bir rəvayətə görə, atları Qarabağa ilk Qarabağ xanının varisi İbrahimxəlil xan gətirib. İranın Azərbaycandakı varisi Abbas Mirzənin vasitəçiliyi ilə Nadir şahın ilxısından bir neçə ərəb atı bəxşiş alıb. 1843-cü ildə Rusiyada nəşr olunan "Konnozavodstvo i oxota" jurnalında Qarabağ xanlığında türkmən və ərəb atlarından çox yaxşı cins yetişdirildiyi yazılıb. Jurnal Qərbdə ingilis atları kimi Şərqdə Qarabağ atlarının məşhur olduğunu qeyd edib. Bəzi tədqiqatçılar bu fikirdədirlər ki, Qarabağ cinsi Fərqanə-İran atının əsl ərəb atı ilə sintezidir
Tarixin yaddaşında Qarabağ atlarının şöhrətinin bütün Yaxın Şərqə kimi yayıldığı bildirilir. Hətta məşhur təmizqanlı qaçağan at cinsinə malik olan ingilislər də Qarabağ atı ilə maraqlanırdılar. Bu atların gözəlliyi Şuşaya gələn səyyahların da diqqətini çəkirdi. 1865-ci ildə Şuşada olan görkəmli rus rəssamı Vasili Vereşşaqin belə yazırdı:"Şuşanın yaxınlığında Mehdiqulu xanın qızının böyük, qədimi evi vardı və bayram tədbirlərinə xüsusi təmtəraq bəxş edən ən bahalı və əzəmətli görkəmli atlar ona məxsus idi. Qeyd edim ki, Qafqazda hərbi qulluqda olan rus general və məmurları da Qarabağ atlarından faydalanırdılar".
İl ərzində iki dəfə Çıdır düzündə atçaparlar arasında yarışlar keçirilir, qaliblərə qiymətli hədiyyələr verilərdi. İbrahim xanın atlarına dünya bazarında tələbat böyük idi. Xurşidbanu Natəvan da atçılıqla fəal məşğul olurdu və onun bütün ölkədə məşhur olan ilxısı vardı. Şairəninin Qarabağ atları 1867-ci ildə Parisdə, Moskvada və Tiflisdə ümumdünya kənd təsərrüfatı sərgilərində iştirak edir və hər dəfə də qalib gələrək, qızıl medallarla mükafatlandırılmışdır.
XIX əsrdə Qarabağ atının Kebarda atıyla cütləşməsi nəticəsində "Şahmar", "Durnalar", "Ağqədəm", "Alagöz" adlı az tanınan və kökü tez kəsilmiş nəsilləri əmələ gəlib. Rusiya çarlığının ordusunun atla təminatına cavabdeh olmuş polkovnik Diterkxs 1842-1860 illərdə yüzdən artıq at ilxısında 7-9 min başa qədər madyan olduğunu yazıb. 1891-ci ildə Gəncə və Bakı quberniyalarının at zavodları və ilxılarında Qarabağ atlarının sayı 5 minə çatıb. Bundan başqa, 2 min baş at Şuşa, Cavanşir, Gəncə və Cavad qəzalarına yayılıbmış.
Tiflis quberniyası, Sıqnaq və Telov qəzalarında 200-ə qədər Qarabağ atı varmış. Zaqafqaziyada məşhur baytar həkimi 1854-cü ildə Hanni yazır ki, Zaqafqaziyada məşhur və dövlətli adamların hamısı Qarabağ atı saxlamağa çalışarlarmış.
Qarabağ atları XIX əsrin ortalarından başlayaraq ümumdünya at sərgilərində iştirak edib. 1866, 1869, 1872-ci illərdə Moskvada, 1867-ci ildə Parisdə ümumdünya at sərgilərindən mükafat və meallarla qayıdıb. İştirakçı atların şəkillləri Fransa və Vyanada çap olunan jurnallarda yer alıb. Qarabağ atı zavodu Rusiyanın və bəzi Avropa dövlətlərinin atçılığına az xidmət göstərməyib.
Ən məşhur at cinslərinə malik ingilislər belə Qarabağ atlarına maraq göstəriblər. 1823-cü ildə ingilislər Mehdiqulu xanın zavodundan bahasına 60 baş madyan alıb aparıblarmış. Deyilənə görə, bu, zavodu tənəzzülə sürükləyib. 1826-ci ildə İran qəsbkarlarının çoxlu Qarabağ atını ələ keçirməsi də Qarabağ atçılığına böyük zərbə vurub.
Süvaridə, idman yarışlarında ucaboy atlara tələbatın yaranması da Qarabağ atlarının taleyində mənfi iz buraxır. Bu tələbatı ödəmək üçün bəzi at zavodlarında Qarabağ atlarını ucaboy ərəb və Axaltəkə atlarıyla cütləşdirməyə başlayırlar. Ucaboy atlara tələbat həm də yeni zavodların tikilməsinə yol açıb. 1871-ci ildə Qarabağ atlarının cinsini yaxşılaşdırmaq məqsədilə Xan qızı Natəvan öz ilxısından 20 baş madyan və Ceyran adlı bir ayğır ayırır. Lakin zavodun təşkili baş tutmur. Şuşa qəzasında 1860-cı ildə təşkil edilmiş ayğırlar tövləsi də inkişaf edə bilmir. Tövlə 1885-ci ildə ləğv edilir. Əvəzinə Zurnabadda (indiki Xanlar kəndinin yaxınlığanda) çariça Yelizavetanın at lövhəsi yaradılır. Lakin əhalinin bu işə marağı olmadığından 1893-cü ildə o, Tiflis şəhərinə köçürülür.
1896-cı il rus tədqiqatçılarından R.Dubenski adlı birisi Zaqafqaziya at cinslərindən danışaraq yazırdı ki,"Bu at cinslərinin sayca çox olmalarına baxmayaraq, əslində bunların hamısı Zaqafqaziyanın əsas cinsi olan Qarabağ atının nəsli dəyişən törəmələridir".
2010-cu ilin noyabr ayının 11-də Azərbaycan Respublikasının Prezident İlham Əliyev Ağdam rayonunda məcburi köçkün ailələri üçün yeni qəsəbənin açılış mərasimində iştirak etdiyi zaman ona Qarabağ cinsindən olan at hədiyyə edilmişdir. Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov prezidentə bildirmişdir ki, "Ağdam atçılıq sovxozu 1948-ci ildə yaradılıb. İndi burada 500-dək at vardır. Çar Rusiyası dövründə orduda 9 min Qarabağ atı olub.
Qarabağ atları Avropada
Qarabağ atının Avropaya gəlişi tarixində 1956-cı il də mühüm yer tutur. O vaxt Böyük Britaniyaya səfər edən sovet rəhbəri Nikita Xruşşov kraliça Yelizavetaya Ağdam Atçılıq Zavodundan olan "Zaman" adlı Qarabağ atı da bağışlayıb. Sovet Hökuməti tərəfindən İngiltərə kraliçası II Yelizavetaya zavodda yetişdirilmiş "Zaman" adlı ayğırın hədiyyə edilməsi cinsin tarixində önəmli hadisələrdən hesab edilir. Həmin atı Kraliçaya məşhur jokey Əli Tağıyev aparmışdı.Kral, ya da kraliça?
Öz əvvəlki hökmündəmi
bu gün yenə
Britaniyada kraliça?
Kraliça Yelizaveta...
...Ekzotika vurğunudur
Kraliça Yelizaveta.
Səyahətə çıxan zaman
qamçı vurmaz o hər ata!
Meyl salıb Qarabağdan
Töhfə kimi gətirilən
Kəhər ata!
"Zaman" yatmır ipə, sapa,
Dirək olub kişnərtisi yerə, göyə...
— Görkəmli şair Bəxtiyar Vahabzadə 1976-cı ildə yazdığı "Qarabağ atı" şeirində İngiltərə kraliçasına göndərilmiş hədiyyədən bəhs etmişdir.1960-1970-ci illərdə respublikada kənd təsərrüfatının ümumi inkişafı, Ağdam Atçılıq Zavodunun maddi-texniki bazasının möhkəmləndirilməsi, cıdır yarışlarına marağın artması Qarabağ atının inkişafına münbit şərait yaratmışdı. Zavod yaradıldıqdan sonra cins daxilində ailə və xətlərin formalaşması, bir sıra Ümumittifaq sərgilərində və yarışlarda Qarabağ atlarının fəal iştirak etməsi məhz həmin illərə təsadüf edir
Aparılan məqsədyönlü işlərin nəticəsi kimi 1980-ci illərdə Moskva auksionu vasitəsilə çoxlu sayda Qarabağ atlarının bir çox xarici dövlətlərə, o cümlədən Almaniyaya, Hollandiyaya, İsveçrəyə, İtaliyaya, Fransaya və digər ölkələrə satılmasını qeyd etmək olar. Həmin illərdə respublika daxilində də zavoddan çoxlu sayda damazlıq atları satılmışdı.
İsveçrəli at saxlayan Hans Hutmeyer isə hətta malikanəsinin qarşısında XIX əsrin məşhur Qarabağ atı Əlyetməzə heykəl də qoyub. Bu həmin Əlyetməzdi ki, Rusiyada knyaginya Usmiyevanın at zavoduna məxsus olub və 1867-ci ildə ümumrusiya sərgisində mükafat alıb
Hələ XIX əsrdə Avropadakı sərgilərdə qələbə qazanan Qarabağ atları fransız qadınlarının da diqqətindən yayınmayıb. İlk dəfyə fransız xanımlar öz saçlarını məhz Qarabağ atlarının rənginə uyğun olaraq qızılı-kürən rəngdə boyayıblar.
Hazırda Almaniyanın Frankfurt şəhərində Verena Solian adlı xanımın rəhbərliyi ilə "Qarabağ atlarının dostları" klubu da fəaliyyət göstərir. Bu qadının təşəbbüsü ilə Almaniyada Qarabağ atların kataloqu dərc olunub.1960-1970-ci illərdə respublikada kənd təsərrüfatının ümumi inkişafı, Ağdam Atçılıq Zavodunun maddi-texniki bazasının möhkəmləndirilməsi, cıdır yarışlarına marağın artması Qarabağ atının inkişafına münbit şərait yaratmışdı. Zavod yaradıldıqdan sonra cins daxilində ailə və xətlərin formalaşması, bir sıra Ümumittifaq sərgilərində və yarışlarda Qarabağ atlarının fəal iştirak etməsi məhz həmin illərə təsadüf edir
Aparılan məqsədyönlü işlərin nəticəsi kimi 1980-ci illərdə Moskva auksionu vasitəsilə çoxlu sayda Qarabağ atlarının bir çox xarici dövlətlərə, o cümlədən Almaniyaya, Hollandiyaya, İsveçrəyə, İtaliyaya, Fransaya və digər ölkələrə satılmasını qeyd etmək olar. Həmin illərdə respublika daxilində də zavoddan çoxlu sayda damazlıq atları satılmışdı.
İsveçrəli at saxlayan Hans Hutmeyer isə hətta malikanəsinin qarşısında XIX əsrin məşhur Qarabağ atı Əlyetməzə heykəl də qoyub. Bu həmin Əlyetməzdi ki, Rusiyada knyaginya Usmiyevanın at zavoduna məxsus olub və 1867-ci ildə ümumrusiya sərgisində mükafat alıb.
Hələ XIX əsrdə Avropadakı sərgilərdə qələbə qazanan Qarabağ atları fransız qadınlarının da diqqətindən yayınmayıb. İlk dəfyə fransız xanımlar öz saçlarını məhz Qarabağ atlarının rənginə uyğun olaraq qızılı-kürən rəngdə boyayıblar.
Hazırda Almaniyanın Frankfurt şəhərində Verena Solian adlı xanımın rəhbərliyi ilə "Qarabağ atlarının dostları" klubu da fəaliyyət göstərir. Bu qadının təşəbbüsü ilə Almaniyada Qarabağ atların kataloqu dərc olunub.http://tarix.info
0 коммент.:
Отправить комментарий